Accessibility links

Prezident Obama Milad günü terror cəhdi ilə əl-Qaidə arasında əlaqə olduğunu deyib


ABŞ prezidenti Barak Obama ilk dəfər olaraq ictimiayyət qarşısında Milad bayramı günü Amerika təyyarəsini partlarmağa cəhd göstərmiş şəxsin əl-Qaidə ilə əlaqəsi olduğunu bildirib.

Bu gün Amerika xalqına həftəlik müraciəti zamanı cənab Obama deyib ki, belə görünür, Yəməndə əl-Qaidə qrupu şübhəliyə təlim verib, silahlandırıb və ona Amerikaya uçan təyyarəni partlatmaq tapşırığını verib.

Cənab Obamanın bildirdiyinə görə, qrup 2008-ci ildə ABŞ-ın Yəməndəki səfirliyinə bir amerikalının həlak olması ilə nəticələnmiş hücum daxil olmaqla, əvvəllər də Amerikanın hədəflərinə hücumlar edib. O deyib ki, ABŞ əl-Qaidə terrorçularına zərbə endirmək üçün Yəmənlə tərəfdaşlığı güclnədirir.

Müxalif respublikaçıların militantlar və terrorçulara qarşı kifayət qədər iş görmədiyini deyərək, tənqid etdikləri ABŞ prezidenti administrasiyasının İraqda müharibə səyləri və Əfqanıstanda əsgərlərin sayının artırılması qərarını müdafiə edib. O deyib ki, bu addımlar onun əl-Qaidəni dağıtmaq və məğlub etmək strategiyasının bir hissəsidir.

Cənab Obama onun göstəriş verdiyi kimi, hava nəqliyyatı yoxlama prosedurları və terrorçuların siyahıya daxil edilməsi sisteminin nəzərdən keçirilməsinə dair ilkin nəticələrin artıq ona təqdim edildiyini və son nəticələrin gələn günlər ərzində gözlənildiyini deyib.


XS
SM
MD
LG