Yəmən hökuməti Somalinin yaraqlı qrupunun ölkəyə döyüşçülərini göndərəcəyini bildirdikdən sonra ölkə ərazisində terrorçuların mövcudluğuna yol verməyəcyini bəyan edib.
Xarici İşlər naziri Əbu Bəkr əl-Qirbi rəsmi Saba xəbər agentliyinə bildirib ki, Yəmən ölkədə sabitlik və təhlükəsizliyə hədə təşkil edən hər bir kəsin qrşısını almağa hazırdır. O bu bəyanatını Somalinin əl-Şəbab qrupunun öz döyüşçülərini Yəmənin hökumət qüvvələrilə mübarizə aparan əl-Qaidə militantlarına kömək etməyə göndərmək haqda vədindən sonra verib.
Əl-Şəbabın yüksək səviyyəli rəsmisi digər ölkələrin müsəlmanlarını da döyüşə çağırıb.
Yəmənin Xarici İşlər naziri deyib ki, əl-Şəbabın militantları terrorizmi yaymaq əvəzinə, müharibə nəticəsində dağılmış öz ölkələrində sabitlik işinə yardım etməlidirlər.