Accessibility links

İranda üç nəfər edam edildi


İran rəsmilərinin bildirdyinə görə, zorlama və qətllərdə əli olmaqda günahkar bilinərək ölüm cəzasına məhkum edilən üç nəfər bu gün Tehrandan kənarda yerləşən həbsxanada asılmışlar. İran mediasının yayımladığı məlumatda deyilir ki, həmin şəxslər 12 qadını zorlamaqda, onlardan 7-ni isə qətlə yetirməkdə günahlandırılırdı. İranda İslam qanununa görə zorlama və qətl kimi cinayətlərə qarşı ölüm hökmü çıxarılır. Amnesty International – insan haqları təşkilatının məlumatına əsasən 2008-ci ildən bəri İranda 346 nəfərə qarşı ölüm hökmü icra edilmişdir.

XS
SM
MD
LG