Tanınmış çinli dissident Liu Şiabonun vəkili deyir ki, məhkum appelyasiya məhkəməsinə müraciət edəcək. Liu Şiabo sabotaj ittihamı ilə dekabrın 25-də 11 il azadlıqdan məhrum edilib. Vəkil Şanq Baocun appelyasiya müraciətinin uğurlu olub-olmayacağını bilmədiyini deyib. Liu Xartiya 08 adlı demokratiya yönümlü manifest yazdığına görə bir ildən artıdır ki həbsdə saxlanılır. Həmin sənəd birpartiyalı Çində insan hüquqlarına və siyasi islahatlara çağırır.