Accessibility links

İran prezidenti Türkmənistandadır


Türkmənistana səfər edən İran prezidenti Mahmud Əhmədinejad İrana qaz nəqlini yaxşılaşdıracaq təbii-qaz boru kəmərinin açılışına qatılmaq üçün bu ölkəyə səfər edib. Türkmənistan paytaxtı Aşqabada bu gün çatan cənab Əhmədinejad türkmən həmkarı Qurbanqulu Berdimuhammedovla görüşüb. Hər iki lider sabah yeni boru xəttinin açılışında iştirak edəcək. Bu kəmər Türkmənistandan İrana nəql olunan qazı iki dəfədən çox artıraraq, 20 milyard kub metrə çatdıracaq. 30 kilomerlik xətt Türkmənistanın adətən Rusiya üçün ehtiyat saxladığı yataqdan qazı əldə edəcək. Keçən il Rusiya Türkmənistandan aldığı qazın həcmini kəskin şəkildə azaldandan sonra Aşqabad qaz ixracatını şaxələndirməyə çalışır.
XS
SM
MD
LG