Accessibility links

Kəşmirdə daha bir terror aktının qarşısı alınıb


Hindistan təhlükəsizlik qüvvələri Hindistan Kəşmirində son üç gündə ikinci yaraqlı hücumunun qarşısını alaraq 4 saatlıq atışmadan sonra 2 terrorçunu öldürüb. Rəsmilər deyir ki, qarşıdurma bu gün Srinaqar şəhərinin Pulvama rayonunda baş verib. Onların sözlərinə görə, 2 yaraqlı Pakistanda məskunlaşan Ləşkeri Teybə qrupunun üzvləri idi və onlar keçən il iki polis işçisinin ölümünə səbəb olan avtomobil partlayışında günahkar bilindiklərinə görə axtarışda idilər. Hindistan habelə Ləşkeri Teybəni Srinaqarda 2 gün öncəba başverən hücuma görə təqsirkar bilir.
XS
SM
MD
LG