Accessibility links

Senator Con Makkeyn Gürcüstanın Milli Qəhrəman ordeni ilə təltif olunub


Gürcüstan ölkəyə səfər edən ABŞ senatoru və prezidentliyə keçmiş namizəd Con Makkeyni ən yüksək mükafat olan Milli Qəhrəman ordeni ilə təltif edib.

Mükafatı Makkeynə təqdim edən Gürcüstan prezidenti Mixail Saakaşvili 2008-ci ildə onun Gürcüstanla Rusiya arasında 5 günlük müharibə zamanı verdiyi güclü dəstəyi xüsusi qeyd etmişdir.

Dövlət televiziyasında danışan cənab Saakaşvili deyib ki, Con Makkeyn həm ABŞ, həm Gürcüstan naminə qəhrəmanlıq nümayiş etdirib.

Gürcüstan prezidentinin sözlərinə görə, ABŞ qanunvericisi prezidentlik kampaniyası aparmasına baymayaraq 2008-ci ildə münaqişə zamanı ona zəng edərək, Vaşinqtonun onun hökumətini dəstəklədiyini demişdir. Mixail Saakaşvili habelə bildirib ki, Con Makkeyn ona təslim olmamağı deyib.

Senator 2008-ci ilin avqustunda Rusiya ilə münaqişə zamanıa Tbilisi hökumətinə dəfələrlə dəstəyini ifadə etmişdir.

XS
SM
MD
LG