Accessibility links

İran parlamenti Kəhrizək həbsxanasındakı hadisələrlə bağlı hesabat açıqlayıb


İyun ayının 12-i prezident seçkilərindən sonra Kəhrizək həbsxanasında məhbuslara qarşı həyata keçirilən zorlama və işgəncələrlə bağlı məlumatlardan sonra İran parlamenti təhqiqat aparmış və hökumət rəsmilərini tənqid edən hesabat açıqlamışdır. Parlament komitəsinin hesabatında Tehranın sabiq başprokuroru Səid Əl-Mörtəzevi müxalifət tərəfdarlarını həddən artıq dolu olan Kəhrizək həbsxanasına göndərilməsinə cərəncam verdiyinə görə günahlandırılır. Parlamentin təhqiqat qrupu bildirir ki, Səid Mortəzəvi həbsxananın müdiriyyətinin orada yer olmadığını deməsinə baxmayaraq, 174 nümayişçinin oraya göndərilməsi haqda qərar vermişdi. Təhqiqatçılar bildirirlər ki, islahatçı nümayişçilər dörd gün ərzaq və sanitariya şəraiti olmadan 70 kvadrat-metrlik hücrədə saxlanmışlar. Hesabatda xəbsxanada zorakılıq və vəziyyətin qənaətbəxş olmaması nəticəsindəüç nəfərin öldüyü bildirlisə də, kiminsə zoralmalara məruz qaldığı barədə məlumat təkzib edilir.


Avropaya getdiyi deyilən bir nəfər də daxil edilməklə,bir neçə məhbus azad ediləndən sonrakı həftələrdə bildiriblər ki, həbsdə zorakılıqlara işgəncələrə və zorlamalara məruz qalmışlar. Hollandiyada sürgündə olan iranlı kinorejissor Rza Allamazadə Kəhrizək həbsxanasında zoralma və işgəncəyə məruz qalan İbrahim Şərifinin ona müsahibə verdiyini deyib. Jurnalist Bəbrak Daad da Amerikanın Səsinə müsahibəsindəKəhrizəkdə gənclərə qarşı işkəncə və zorlama hadisələri barədəətraflı məlumat verib.


İranın ali ruhani lideri Ayətulla Əli Xamenei keçən ilin avqust ayında həbsxananın bağlanmasına sərəncam vermişdi. Qətllərlə əlaqədar həbsxananın 3 rəsmisinə qarşı cinayət işi qaldırılmışdır. Parlament üçünhazırlanmış hesabat Kəhrizakda insanlarla pis rəfdar barədə rəsmi mövgeyin dəyişməsinə işarədir. Hesabatda deyilir ki, Kəhrizak həbsxanasında saxlanılanlarla pis rəftar İran rəhbərliyinin adına ləkə gətirir. Sənəddə ədliyyə rəsmiləri tədbirlər görməyə çağrılır.

XS
SM
MD
LG