Accessibility links

Kiprin yunan və türk icmalarının liderləri sülh danışıqlarına başlayıblar


Kiprin rəqib liderləri bölünmüş adanın birləşməsinə dair sülh danışıqlarının yeni raunduna başlayıblar.

Kiprin yunan prezidenti Dimitris Xristofias və Kipr Türklərinin lideri Mehmət Əli Tələt onlar arasında keçirilməsi nəzərdə tutulan görüşlərin birincisinə bu gün başlayıblar.

BMT- bildirir ki, iki lider bu ay ərzində 6 dəfə görüşəcək. Onlar mümkün sülh razılığının əldə edilməsi məqsədilə danışıqları intensivləşdiriblər.

Cənab Tələt aprel ayında BMT-nin dəstəklədiyi danışıqların əleyhinə olan sərt xətt tərəfdarı namizədlə seçkilərə qatılmazdan əvvəl sülhə planını təqdime tmək üçün təzyiqlərlə qarşılaşır.

Ekspertlərin fikrincə, sərt xətt tərəfdarlarının seçkilərdə qələbəsi sülh danışıqlarını düzgün istiqamətdən yayındıra bilər.

XS
SM
MD
LG