Accessibility links

Hillari Klinton Yaponiya XİN rəhbəri ilə görüşür


ABŞ dövlət katibi Hillari Klinton bu gün Havayda Yaponiya xarici işlər naziri Katsuya Okada ilə görüşür. ABŞ-ın Okinavadakı hərbi bazası barədə fikir ayrılıqlarının görüşün gündəmində olacağı gözlənilir. Klinton Sakit Okean hövzəsinə səfəri çərçivəsində Avstraliya, Yeni Zelandiya və Papua Yeni Qvineyaya gedəcək. Dünən dövlət katibi deyib ki, danışıqların diqqət mərkəzində ABŞ-la Yaponiya arasında 50 illik münasibətlərin vacibliyi olacaq. Ancaq Birləşmiş Ştatların Okinavadakı Futenma hərbi hava bazası son zamanlar əsas mövzuya çevrilib. Yaponiyanın yeni baş naizri Yukio Hatoyama hərbi dəniz qüvvələri bazasının izdihamlı şəhərdən adanın sakit bir hissəsinə köçürülməsini nəzərdə tutan 2006-cı il razılaşması ilə bağlı suallar qaldırıb. Yaponiyada bəzi siyasi qruplar deyir ki, baza Okinavadan bütünlüklə çıxarılmalıdır.
XS
SM
MD
LG