Accessibility links

Bağdadda təhlükəsizlik tədbirləri gücləndirilib


Şəhərdə mümkün bomba hücumlarının qarşısını almaq məqsədi ilə İraqın təhlükəsizlik qüvvələri Bağdadın bir hissəsini bağlayaraq, axtarış əməliyyatları aparmışlar. İraq rəsmiləri maşınlardayerləşdirilmiş bombaların partladılacağı hədələrinə görə bu gün səhərdən başlayaraq təhlükəsizlik tədbirlərini möhkəmləndirib, yollarda hərəkəti məhdudlaşdırmışlar.

Təhlükəsizlik əməliyyatları ölkədə mart ayında keçiriləcək parlament seçkilərinə hazırlıqların davam etdiyi bir vaxtda həyata keçirilir. Rəsmilər seçkilər yaxınlaşdıqca üsyançıların səsvermənin qarşısını almaq üçün hücumlarını artırmağa çalışacaqlarını deyirlər. Qeyd edək ki, son bir neçə aydır əsasən də hökumət binaları olmaqala,Bağdadda bomba hücumları vüsət alıb.


XS
SM
MD
LG