Accessibility links

Şimali Koreya Seulu dialoqu kəsəcəyi ilə təhdid edir


Şimali Koreya Seulun kommunist hökumətin yıxılması ilə bağlı ehtiyat planlarına dair iddialara görə Cənubi Koreya ilə dialoqu tam kəsə biləcəyi təhdidini irəli sürüb. əhdid Pxenyan hətta Cənubi Koreyanın uzun müddət əvvəl verdiyi ərzaq yardımı təklifini qəbul etməsinə baxmayaraq irəli sürülüb. Bu gün Şimalın Milli Müdafiə Komissiyası tərəfindən hazırlanan bəyanat Cənubi Koreyadan ehtiyat planı barədə təsdiq olunmamış məlumata görə üzr istəməsini tələb edib. Komissiya Cənubi Koreya prezidentinin baş qərargahı olan Mavi Ev də daxil olmaqla planı hazırlayanlara qarşı “müqəddəs müharibə” başladacağına söz verib. Bununla yanaşı Cənubi Koreyanın Birləşmə Nazirliyi deyib ki, təcrid olunmuş qonşusu Seulun oktyabrda təklif etdiyi 10 min tonluq qarğıdalı yardımını qəbul edib.
XS
SM
MD
LG