Ukrayna
prezident seçkilərini monitorinq edən ATƏT müşahidəçilərinin bildirdiyinə görə,
bazar günü keçirilən səsvermə yüksək keyfiyyətli olub və seçki presosesində
böyük inkişaf olduğunu göstərib. Ukrayna prezident seçkilərinin
nəticələri göstərir ki, baş nazir Timoşenko və sabiq baş nazir Viktor Yanukoviç
gələn ay keçiriləcək ikinci tur seçkilərdə iştirak edəcək. Səsvermədə
seçicilərin 80 faizinin iştirak etdiyi bildirilir. Ukrayna Seçki
Komissiyasının məlumatına görə, cənab
Yanukoviç səslərin 36, xanım Timoşenko isə 25 faizini əldə edib. Prezident
Viktor Yuşçenko aşağı nəticə göstərərək 5-ci yeri tutub. Dünən keçirilən
seçkilərdə daha 5 namizəd iştirak edib.