Accessibility links

İranın vilayət prokurorunun qətlində kürd üsyançılarından şübhələnilir


İran mediasının bildirdyinə görə, yerli prokurorun qətlində kürd üsyançılarının əli var. İranın şimal-qərb vilayətindəki Xoy şəhərinin prokuroru Vəli Hacı Quluzadə dünən öz evinin yaxınlığında güllə ilə vurulub öldürülmüşdür. Rəsmilər dörd şübhəlinin nəzarət altına alındığını deyirlər. İranın İSNA xəbər agentliyi vilayət rəsmilərinə istinadən bildirir ki, hələlik qətlin məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin regionun ədliyyə departamentinin başçısı Məhəmməd Əli Musəvi separatçı Kürdüstanda Azad Həyat Uğrunda - PJAK adlanan partiyasının üzvlərindən şübhələnildiyini bildirib. Cənab Musəvi qətlə yetirilən prokurorun son günlər təşkilat tərəfindən hədələndiyini deyib. İrandakı üsyançı kürd qrupunun Türkiyədə qadağan edilmiş PKK qurumu ilə əlaqəsi olduğu deyilir.

XS
SM
MD
LG