Accessibility links

Yəmən xarici vətəndaşlara aeroportlarda viza verilməyəcəyini bildirib


Yəmən hökuməti ölkəyə gələn xarici vətəndaşlara aeroportlarda viza verilməsinin dayandırıldığını bildirib. Bunun əvəzində onlar Yəmən səfirliklərindən viza ala bilərlər.Bu dəyişiklik Yəmən hökumətinin Ərəbistan Yarımadasında Əl-Qaidəyəqarşı ciddi tədbirlər görməsi barədə dünya ölklələrinin güclü təzyiqi altında olduğu bir zamana təsadüf edir. Milad bayramı günü ABŞ-a uçan təyyarənipartlatmaq cəhdinin məsuliyyətini həmin təşkilat öz üzərinə götürüb.

Bu arada Britaniya təhlükəsizlik qayğılarına görə dünəndən başlayaraq Yəməndənbu ölkəyə birbaşa təyyarə səfərlərini dayandırıb. Britaniyanın baş naziriQordon Braun parlamentə bildiribki, səfərlərin dərhal dayandırılması barədə Yəmən Hava Yolları ilə razılıq əldə olunub.

XS
SM
MD
LG