Accessibility links

Pakistan ölkənin şimal-qərb bölgələrində hərbi əməliyyatlarını genişləndirməyəcəyini bildirib


Birləşmiş Ştatların müdafiə naziri Robert Geytsin Pakistanda səfərdə olduğu bir vaxt ölkənin hərbi qüvvələrison 6 aydan bir ilə qədər qəbilələrin yaşadığı şimal-qərb bölgələrindəki yaraqlılara qarşı əməliyyatların genişləndirilməyəcəyini bildirmişlər. Hərbi sözçü Athar Abbasın bu gün bildirdiyinə görə, Pakistana ölkədəki problemləri həll etmək üçün əlavə vaxt lazımdır. Pakistandakı ab-havanı müzakirə etmək üçün İslamabadda səfərdə olan Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Pakistanın Cənubi Vəziristan bölgəsində hərbi əməliyyatları genişləndirməli olduğunu deyib. Birləşmiş Ştatlar Pakistandan Taliban və Əl-Qaidə yaraqlılarının hücumlar həyata keçirdiyi Əfqanıstanla sərhəddəki Şimali Vəziristan bölgəsində də əməliyyatları genişləndirməsini istəyir.

XS
SM
MD
LG