Accessibility links

İranda qatarın qəzaya uğraması nəticəsində 8 adam həlak olub


İranda sərnişin qatarının qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub.

Yerli rəsmilərin dövlət mətbuatına verdiyi məlumata görə, 12 nəfər yaralanıb və ölənlərin sayı bundan artıq ola bilər.

Dövlət televizyası xəbər verib ki, yaralananların dördünün vəziyyəti ağırdır.

Məşhəddən Tehrana hərəkət edən qatar Tehrandan 700 kilometr məsafədə yerləşən Coqatayda relsdən çıxıb.

2004-cü ildə İranın şimal-şərqində daha bir qatar qəzası zamanı 200-dən çox insan həlak olmuşdu.

XS
SM
MD
LG