Accessibility links

Haitidə yardım işçiləri səylərini sürətləndirməyə çalışır


Haitidə zəlzələ qurbanlarına vaxtında ərzaq, su və dərman çatdırılmaması barədə tənqidlərə məruz qaldıqdan sonra beynəlxalq yardım işçiləri səylərini sürətləndirmək yollarını arayırlar. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Raciv Şah Röyterz xəbər agentliyinə bildirib ki, fəlakətin misli yoxdur və təşkilat heç zaman ehtiyacları istənilən qədər cəld ödəyə bilməyəcək. Bir milyon yarımdan çox haitili zəlzələ nəticəsində evlərini itirib. BMT Ərzaq və Kənd Təssərüfatı Təşkilatı xəbər verir ki, paytaxtı tərk edərək Haitinin içərilərinə doğru üz tutan adamların sayı artır.
XS
SM
MD
LG