Accessibility links

Azərbaycan və Ermənistan preambula üzrə razılığa gəliblər


Rusiya xəbər mənbələri məlumat verir ki, Azərbaycan və Ermənistan aralarındakı münaqişəni bitirə biləcək razılığa preambula imzalayıblar. Xəbərlərə əsasən Dağlıq Qarabağ üzrə sülh müqaviləsinə preambula Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidəki görüşündə əldə olunub. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, danışıqlar davam edəcək və münaqişə tərəflərinin nümayəndələri gələcək danışıqlar üçün konkret təkliflər hazırlayacaqlar. Fransa və ABŞ-la bərabər Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səylərə vasitəçilik edir.

XS
SM
MD
LG