Accessibility links

Livanda qəzaya uğrayan təyyarənin qalıqlarının axtarışı davam edir


Bir neçə ölkədən olan xilasetmə dəstələri Livanın Aralıq dənizi sahillərində Efiopiya hava yollarına məxsus təyyarənin qəzası nəticəsində itkin düşənlərin axtarışını davam etdirir. Avropa, Birləşmiş Ştatlar və BMT xilasetmə dəstələri bütün gecə boyu dünən alov içərisində dənizə düşən Boeing 737-nin qalıqlarını tapmağa çalışıb. Əddis Əbabəyə istiqamət alan təyyarədə sərnişin və ekipaj üzvləri ilə birlikdə 90 nəfər olub. Onların da çoxu əsasən livanlı və efiopiyalıdır. Layner Beyrutdan havaya qalxandan qısa müddət sonra qəzaya uğrayıb. Livan rəsmiləri qəza nəticəsində kiminsə sağ qalmasını ehtimal etmir. Rəsmilər deyir ki, indiyədək qalıqlar arasından 15 cəsəd çıxarılıb.
XS
SM
MD
LG