Accessibility links

Rusiya və NATO hərbi əlaqələri bərpa edir


NATO və Rusiyanın yüksək səviyyəli hərbi rəsmiləri 2008-ci ildə Rusiya-Görücüstan müharibəsindən sonra ilk dəfə olaraq bu gün ilk görüş keçiriblər.

Rusiyanın Baş Qərargahlar rəisi Nikolay Makarov və NATO-nun baş zabiti, italiyalı admiral Campaolo di Paola arasında Brüsseldəki görüş alyansa daxil olan 27 ölkənin müdafiə nazirlərinin iclasından öncə keçirilir. Görüş zamanı Əfqanıstanda vəziyyət, NATO qüvvələrinin yerləşdirilməsi və Rusiyanın NATO qüvvələrinə Əfqanıstanla yardımla bağlı yeni təklifləri olub.

NATO-nun Baş katibi Anders Foq Rasmussen Rusiyanın alyans qüvvələrinə Əfqanıstanda gələcəkdə də yardım etməsi səyləri çərçivəsində dekabr ayında Moskvaya səfər etmişdi.

Rusiya hazırda NATO-ya qatar vasitəsilə Əfqanıstana qeyri-hərbi yardım çatdırmasına icazə verir. Rəsmi Moskva Birləşmiş Ştatların NATO-ya əsgəri qüvvə və təchizat daşıması üçün öz hava hövzəsindən istifadə etməsinə imkan verir. Rasmussen ABŞ-ın uçuşları ilə yanaşı, NATO-nun uçuşlarına icazə verilməsini istəyir.

XS
SM
MD
LG