Accessibility links

Azərbaycanda hərbi hissədə insident: altı hərbiçi ölüb


Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində iki əsgər avtomat silahdan atəş açaraq əvvəlcə dörd hərbçini, sonra isə özlərini öldürüb. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İnsident nəticəsində daha iki hərbi qulluqçu yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə, zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə və iki və daha çox şəxsi öldürmə maddələri ilə cinayət işi başlanıb.
Yerli media müstəqil mənbələrə əsaslanaraq yaralıların sayının daha çox olduğunu və insidentin komandirlərin əsgərlərlə nizamnamədən kənar davranmaları nəticəsində baş verdiyini iddia edir.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli “Media Forum” saytına bildirib ki, mediada yayımlanan xəbərlərə əsasən 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin 394 hərbi qulluqçusunu itirdiyi müəyyən edilib. “Hərbçilərin 147-si döyüş 21 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri, 246-sı isə qeyri-döyüş (50 nəfər intihar, 37 nəfər qəza, 79 nəfər qeyri-nizamnamə hərəkətləri, 38 nəfər bədbəxt hadisələr, 15 nəfər müəmmalı və naməlum hadisələr, 28 nəfər müxtəlif xəstəliklər) şəraitində həlak olub”.
Cənab Sümərinli 2003-cü ildən indiyədək 303 hərbi qulluqçunun yaralandığını və ya xəsarət aldığını da deyib.

XS
SM
MD
LG