Accessibility links

Ayətulla Əhməd Cənnəti daha çox müxalifət tərəfdarının ölüm cəzasına məhkum edilməli olduğunu deyib


Bu gün Tehranda Cümə namazı zamanı çıxış edən Ayətulla Əhməd Cənnəti dünən iki dissidentin edam edilməsindən sonra İranın ədliyyə rəsmilərinin qərarından razı qaldığını deyib və müxalifət fəaliyyətini dayandırmayana qədər rəsmiləri dissidentlərin edamına davam etməyə çağırıb.

Prezident Mahmud Əhmədinejadı dəstəkləyən Ayətulla Əhməd Cənnəti İranın qüdrətli İnqilab Şurasına başçılıq edir. Cənab Cənnəti keçən ilin iyun ayında keçirilən prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarına imkan verməklə İranın böyük səhvə yol verdiyini deyib və əlavə edib ki, belə hərəkətlərə artıq güzəştə gedilməyəcək.

Birləşmiş Ştatlar dünən edam edilən iki dissidentə görə İranı sərt şəkildə qınamışdır. Ağ Evin sözçüsü Bill Barton İranın həyata keçirdiyi edamları qətl kimi qiymətləndirmiş, bu hərəkəti İranın dinc müxalifətə qarşı ədalətsiz və mərhəmətsiz qanlı divan tutma siyasətinin səviyyəsini nümayiş etdirdiyini demişdir. Sözçü eləcə də, belə addımların Tehrana hörmət gətirməyəcyini, əksinə onu dünyadan təcrid edəcəyini deyib.




XS
SM
MD
LG