Beynəlxalq Mühacirət Təşkilatının açıqladığı məlumatda deyilir ki, Haitidəki zəlzələdən zərər çəkmiş bir milyondan çox insanın çadırlara təcili ehtiyacı var. Açıqlamada belə insanların çoxunun əsasən paytaxtda olduğu deyilir. Təşkilat 3500 insanın Port-o Prinsin yaxınlığında, Tabarredə salınmış ilk düşərgəyə köçürülməsi prosesinin başa çatmaq üzrə olduğunu bildirib. Təşkilat düşərgənin lazımi tələblərə cavab vermədiyini desə də, artıq prosesə başlanıldığını bildirib.
Agentliyin
sözçüsü Con Filip Çeozinin dediyinə görə, agentlik leysan yağışlar və qasırğa
mövsümünə qədər düşərgələrin salınmasının sürətləndirilməsi üçün təzyiqlər
altındadır.
Çeosi Port-o Prins ətrafındakı torpaqların zəlzələ nəticəsində çökdüyü üçün şadırların qurulması üçün ərazinın tapılmasının böyük problem olduğunu deyib.