Accessibility links

Barak Obama defisitin azaldılmasına səsləyir


ABŞ prezidenti Barak Obama deyir ki, o, ölkənin büdcəsini nizama salmaq üçün tədbirlər görür. Özünün həftəlik radio müraciətində prezident Obama hesabat məruzəsinin başlıca qayəsinə qayıdaraq yeni iş yerləri yaratmağın onun üçün əsas prioritet olduğunu önə çəkib. Eyni zamanda o, bildirib ki, büdcə defisitinə nəzarət mühümdür, çünki bunsuz maliyyə bazarlarına ziyan dəyə və iqtisadi dirçəliş təhlükə ilə üzləşə bilər. Prezident ABŞ senatının qəbul etdiyi yeniu büdcə intizamını alqışlayaraq bu növ ölçülərin 1990-cı illərdə 236 milyard dollar mədaxilə yol açdığını bildirib. Cənab Obama həmçinin bir sıra səmərəsiz yaxud təkrar effektli proqramalara xərcləmələrin dondurulmasına göstəriş verib. O, defisitin azaldılması istiqamətində konkret təkliflər hazırlanması üçün Respublikaçılar və Demokratlardan ibarət maliyyə komissiyasının təsis edilməsinə çağırıb.
XS
SM
MD
LG