Əfqanıstan və NATO rəsmiləri deyirlər ki, Əfqan və koalisiya hərbi hava qüvvələrinin hücumu nəticəsində 4 əfqan əsgər həlak olub. Hərbi rəsmilər deyirlər ki, koalisiya və Əfqan əsgərləri yaraqlıların şiddətli atəşinə məruz qadıqdan sonra onlar hava qüvvələrini yardıma çağırıblar. Koalisiyanın sözçüsü briqada generalı ErikTremblay bu olayı kədərli hadisə adlandıraraq deyib ki,Əfqan və koalisiya qüvvələri bu növ hadisələrə yol verməmək üçün birlikdə çalışırlar.