Çin ABŞ prezidenti Barak Obamaya Tibetin ruhani lideri Dalay Lama ilə görüşməmək barədə xəbərdarlıq edərək bəyan edib ki, bu növ görüş ikitərəfli münasibətlərə xələl gətirə bilər. Dalay Lama ilə danışıqlara nəzarət edən şöbənin müdiri Ju Veyqun mətbuat konfransında söyləyib ki, əgər cənab Obama Dalay Lama ilə görüşsə, bu, Çinlə ABŞ arasında etimad və əməkdaşlığı təhlükə altına qoya bilər. Bu xəbərdarlıq Çinlə Dalay Lamanın elçiləri arasında ötən həftə keçirilən görüşdən sonraya təsadüf edir. Həmin görüşdə rəsmi Pekin Tibetin statusu ilə bağlı heç bir kompromisə getmədi, və görüşlər nəticəsiz qurtardı.