Accessibility links

Ukraynada keçirilən prezident seçkilərinin nəticələri Viktor Yanukoviçin qələbə çaldığını göstərir


Dünən Ukraynada keçirilən prezident seçkilərinin nəticələri cüzi səs fərqi ilə müxalifət lideri Viktor Yanukoviçin qələbə çaldığını göstərir. Seçkiləri müşahidə edən ATƏT missiyası səsvermənin şəffaf və ədalətli keçdiyini elan edib. Səslərin 98%-dən çoxunun hesablanmasından sonra cənab Yanukoviç ona lazım olan səslərdən 2,8% artıq qazanmış və baş nazir Yulia Timoşenkoya qalib gəlmişdir. Lakin xanım Timoşenko ATƏT-in bəyanatıına reaksiya verməyib və təslim olmaqdan hələlik boyun qaçırır.

Xatırladaq ki, altı il bundan əvvəl "Narıncı İnqilab"-ın nail olduğu təkrar seçkilərdən sonra qərbyönümlü Viktor Yuşçenko Viktor Yanukoviç üzərində qələbə çalmışdı.

XS
SM
MD
LG