ABŞ Dövlət Departamentindən bildirilir ki, Dövlət katibinin siyasi məsələlər üzrə yardımçısı Bill Börns fevral ayının 16-dan 19-a qədər Livan, Suriya, Türkiyə və Azərbaycana səfər edəcək.
Fevralın 16-da səfir Börns Livanda prezident Süleyman, Baş nazir Həriri və ölkənin digər liderlərilə görüşlər keçirəcək. Onun Livana səfəri Birləşmiş Ştatların Livanın suverenliyi və müstəqilliyini dəstəkləməyə davam etdiyini nümayiş etdirir.
Fevralın 17-də Suriyaya səfəri zamanı Dövlət katibinin yardımçısı Börns prezident Əsəd və Xarici İşlər naziri Muallimlə görüşəcək. Onun Suriyaya səfəri ABŞ-ın Suriya hökuməti ilə ikitərəfli münasibətlərin bütün cəhətlərilə bağlı dialoqun davam etdirilməsində maraqlı olduğunu əks etdirir.
Dövlət katibinin yardımçısı habelə ABŞ-ın strateji tərəfdaşlığa dair 2006-cı ilin Bölüşdürülən Baxışlar lahiyəsinin davam etdirilməsi məqsədilə yüksək səviyyəli rəsmilərlə görüşmək üçün fevralın 18-də Türkiyəyə səfər edəcək. Buradan o, ikitərəfli münasibətlərin gücləndirilməsi məqsədilə prezident Əliyev və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşmək üçün fevralın 19-da Azərbaycana səfər edəcək.