Accessibility links

Türkiyənin xarici işlər naziri Əhmət Davutoğlu İran rəsmiləri ilə görüşür


Türkiyənin xarici işlər naziri Əhmət Davutoğlu İran rəsmiləri ilə görüşür
Türkiyənin xarici işlər naziri Əhmət Davutoğlu İran rəsmiləri ilə görüşür

Türkiyənin xarici işlər naziri Əhmət Davutoğlu İranın nüvə proqramı ilə bağlı hansısa razılıq əldə edilməsi məqsədi ilə bu gün İran rəsmiləri ilə görüşməlidir. Cənab Davutoğlu iranlı həmkarı Mənuçehr Möttəki ilə görüşür. Bundan sonra isə onun İran prezidenti Mahmud Əhmədinejadla da görüşməsi nəzərdə tutulur.

İranla yaxşı münasibətdə olan Türkiyə BMT-nin uranla bağlı təklifinin qəbul olunması üçün öz vasitəçiliyini təklif edib. İrana edilən təklifə uranı xaricdə zənginləşdirmək və əvəzində nüvə yanacağı almaq daxildir. Türkiyə bu mübadiləyə ev sahibliyi etməyi təklif edib. İran isə mübadilənin öz ərazisində keçirilməsini israr edir.

XS
SM
MD
LG