Accessibility links

Prezident Obama bu gün Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb


Prezident Obama bu gün Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb
Prezident Obama bu gün Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb
<!-- IMAGE -->

Çin Hökumətinin etirazlarına baxmayaraq, Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün Ağ Evdə Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb. Cənab Obamanın Vaşinqtona dünən gələn Dalay Lamanı adətən prezidentin rəsmi görüşlər keçirdiyi Oval Ofisdə deyil, Ağ Evdəki Xəritə Otağında qəbul etdiyi deyilir. Ağ Evin sözçüsünün dediyinə görə, orada şəkillər çəkmək üçün jurnalistlərin daxil olmasına icazə verilməyib. Lakin o, Ağ Evin görüşdən bir şəkil açıqlayacağını deyib.

ABŞ prezidentinin Dalay Lama ilə görüşməsi xəbəri Çini hiddətləndirmiş və keçən həftə Çin təcili olaraq bu görüşün təxirə salınmasına çağırmişdı. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü bu görüşün Çinlə Amerika arasında artıq ABŞ-ın Tayvana silah satması planı və Çində internetə senzura kimi məsələlərlə bağlı gərginləşən münasibətlərin daha da mürəkkəbləşəcəyini demişdi.

XS
SM
MD
LG