Accessibility links

İran İsrail əleyhinə Hizbullahla bir dayanacağına söz verib


İran İsrail əleyhinə Hizbullahla bir dayanacağına söz verib
İran İsrail əleyhinə Hizbullahla bir dayanacağına söz verib

<!-- IMAGE -->

İran prezidenti Mahmud Əhmədinejad İranın İsrail daha bir müharibəyə başlasa, Livanın Hizbullah qrupu ilə bir dayanacağına söz verib.

İranın dövlət mətbuatı bu gün cənab Əhmədinejada istinadən onun müharibə başlasa, birdəfəlik “İsraili yer üzündən silməyə” çağırdığı haqda məlumat verib.

İRNA xəbər agentlyinin verdiyi məlumata görə, prezident Əhmədinejad bu açıqlamaları Hizbullahın lideri Həsən Həsrulla ilə telefon söhbəti zamanı verib.

Bu, İsrail, Livan və Suriya liderlərinin son zamanlar verdiyi kəskin açıqlamalar arasında sonuncusudur.

Çərşənbə axşamı günü Nəsrullah İsrailə yəhudi dövləti Livana hücum etsə, Hizbullahın Tel-Əviv istiqamətində raketlər atacağı ilə hədələmişdi.

Suriya prezidenti Bəşşar əl-Əsəd bu yaxınlarda İsraili regfionu müharibəyə sürükləməkdə ittiham etmişdi.

İsrailin xarici işlər naziri Aviqdor Liberman isə cənab Əssadın müharibəni uduzacağını demişdir.

XS
SM
MD
LG