Accessibility links

Avropa Birliyinin xarici işlər nazirləri Həmas komandirinin qətlində şübhəli bilinənlərin Avropa pasportlarından istifadə etməsini qınayıb

Avropa Birliyinin xarici işlər nazirləri Dubayda Həmas komandirinin qətlində şübhəli bilinənlərin saxta Avropa pastportlarıdan istifadə etməsini kəskin şəkildə qınayıblar.

Xarici işlər nazirləri bu gün Brüsseldə açıqladıqları bəyanatda Avropa Birliyi vətəndaşlarının şəxsi məlumatlarının oğurlanması nəticəsində onların kredit kartlarından istifadə edilməsini də pisləyiblər. Onlar bəyanatda İsraili birbaşa qeyd etmirlər.

Dubay polisi qətli həyata keçirilməsində İsrailin Mossad kəfiyyat agentliyini ittiham edib. Həmas komandiri Mahmud əl-Məbhuhun keçən ay Dubayda mehmanxanada qətlində saxta Britaniya, İrlandiya, Almaniya və Fransa pasportları daşıyan 11 nəfər şübhəli bilinir.

İsrailin Xarici işlər naziri Aviqdor Liberman deyib ki, İsrailin qətldə əli olduğuna inanmağa heç bir əsas yoxdur.

XS
SM
MD
LG