Accessibility links

İran prezidenti Mahmud Əhmədinejad rəsmi səfərlə Suriyadadır


İran prezidenti Mahmud Əhmədinejad rəsmi səfərlə Suriyadadır
İran prezidenti Mahmud Əhmədinejad rəsmi səfərlə Suriyadadır

<!-- IMAGE -->

İran prezidenti Mahmud Əhmədinejad və onun suriyalı həmkarı Bəşar Əl-Əssəd Birləşmiş Ştatların onların münasibətlərinə qarşı olmasına baxmayaraq, ölkələri arasındakı əlaqələri daha da möhkəmləndirəcəklərini bildirdmişlər. Suriya prezidenti, Hezbullah və Həmas nümayəndələri ilə danışıqlar aparmaq üçün İran prezidentinin Dəməşqə bu gün gəldiyi bildirilir. Bu görüşlər Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Suriyanı İrandan uzaq durmağa çağırmasından bir gün sonraya təsadüf edir.

Suriya ilə münasibətlərini yaxşılaşdırmağa çalışan Birləşmiş Ştatlar 2005-ci ildən bəri ilk dəfə bu ölkəyə öz səfirini təyin edib. Belə bir addım isə İranın nüvə proqramı ilə bağlı daha çox təzyiqlərə məruz qalmasına gətirib çıxara bilər.

XS
SM
MD
LG