Accessibility links

Çilidə 8.8 bal gücündə zəlzələ olub


Çilidə 8.8 bal gücündə zəlzələ olub
Çilidə 8.8 bal gücündə zəlzələ olub

<!-- IMAGE -->

Çilidə baş vermiş 8.8 bal gücündə zəlzələ ən azı 122 adamın ölümü ilə nəticələnmiş və Sakit Okeanda tsunami qorxularına təkan vermişdir. Çili prezidenti Mişel Baçele ölkədə “fəlakətli durum” elan edib. O, deyir ki, region boyu xilasedici komandalar işə keçib. ABŞ Geologiya Tədqiqatları İnstitutu bildirir ki, zəlzələ şənbə günü səhər Çilinin ikinci ən böyük şəhəri olan Konsepsion şəhərindən 100 kilometr məsafədə baş vermişdir. Zəlzələdən sonra əlavə bir neçə titrəyiş baş verib ki, bunlardan ən güclüsü 6.9 bal gücündə olub. Ölkə telekanallarında dağılmış binalar və uçurum altında qalmış küçələr nümayiş etdirilir.

XS
SM
MD
LG