Accessibility links

Çilidə zəlzələdən sonra sağ qalan insanların axtarışı davam edir


Çilidə zəlzələdən sonra sağ qalan insanların axtarışı davam edir
Çilidə zəlzələdən sonra sağ qalan insanların axtarışı davam edir

<!-- IMAGE -->

Çilidə xilasetmə işçiləri ölkənin mərkəz bölgələrində şiddətli zəlzələdən bir gün sonra dağıntılar altında qalmış insanların axtarışını davam etdirirlər.

8.8 bal gücündə olan zəlzələ şənbə günü səhər saatlarında baş vermişdi. Dünəndən bəri 100-ə yaxın yer titrəyişi baş verib. Onlardan biri 6.9 bal gücündə olub.

<!-- IMAGE -->

Zəlzələ nəticəsində 300-dən çox insan həlak olub, 1.5 milyon evə zərər dəyib. Ölənlərin sayının artıq olacağı gözlənilir.

Xilasetmə işçiləri ölkənin ikinci böyük şəhəri olan Konsepsionda 100-ə yaxın insanı yaşayış binasının dağıtıları altından çıxarmağa çalışır. Xilasetmə işlərinin əsas hissəsi zəlzələnin episentrindən 100 kilometr məsafədə yerləşən bu şəhərdə aparılır.







XS
SM
MD
LG