Accessibility links

İranın ali dini rəhbəri BMT-nin nüvə agentliyinin müstəqil olmadığını deyib


İranın ali dini rəhbəri BMT-nin nüvə agentliyinin müstəqil olmadığını deyib
İranın ali dini rəhbəri BMT-nin nüvə agentliyinin müstəqil olmadığını deyib

<!-- IMAGE -->

İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, BMT-nin nüvə agentliyinin müstəqilliyi yoxdur və qurum asanlıqla Birləşmiş Ştatların təsiri altına düşür.

BMT-nin Beynəlxalq Ato Enerjisi agentliyinin İranla bağlı son hesabatını müzakirə etməyə başlamasından bir gün sonra Tehranda danışan Ayətulla Əli Xamenei bildirib ki, bu təsir qurumun imicinin zəifləməsinə gətirib çıxara bilər.

Agentliyin bu ayın əvvəli açıqladığı hesabatda Tehranın raket üçün nüvə yükü istehsal etmək üzərində işləyə bilməsilə bağlı narahatlıq ifadə edilir.

İran yanacağa çevirmək məqsədilə prosesdən keçirmək üçün uranın böyük hissəsinin Rusiya və Fransada zənginləşdirilməsi haqda BMT-nin dəstəklədiyi təklifi rədd edib.

Qərb dövlətləri bununla İranın urandan hərbi məqsədlərlə istifadə etməsinin qarşısını ala biləcəklərinə inanırlar.

Tehran nüvə fəaliyyətlərinin dinc məqsəd daşıdığına təkid edir.

XS
SM
MD
LG