Accessibility links

İranda 6 jurnalist zaminə buraxılıb


İranda 6 jurnalist zaminə buraxılıb
İranda 6 jurnalist zaminə buraxılıb
<!-- IMAGE -->

İran mediasının məlumatına görə, keçən il prezident seçkilərindən sonra baş vermiş iğtişaşlarda əli olmaqda şübhəli bilinərək həbs edilmiş altı jurnalist və müxalifət fəalı zaminə buraxılıb. Məlumatda deyilir ki, jurnalistlər – Əbdülrza Tacik, Maşallah Şamsulvəzin, Məhəmməd Cavad Müzəffər və Behranq Tonkaboni Evin həbsxanasından bu gün azad ediliblər. Onlar keçən il dekabr ayının sonunda Aşura günü, müxalifət fəallarının bir neçə şəhərdə keçirdiyi nümayişlər zamanı həbs edilmişdilər. Digər bir məlumata görə, bu günü islahatçı siyasətçi Mehdi Kərrubi ilə əlaqəsi olan İrandoxt jurnalının fəaliyyətinə qadağa qoyulub. İran hökuməti keçən ilin iyun ayından bəri kütləvi informasiya vasitələrindən bir neçəsini bağlayıb.

XS
SM
MD
LG