<!-- IMAGE -->İraqlılar 38 adamın ölümünə bais olan bomba və minamyot hücumlarına sinə gərərək bu gün parlament seçkilərində səs veriblər. Səsvermə məntəqələri bağlanıb və səslərin sayılması başlanıb. Lakin BMT rəsmiləri erkın nəticələrin bir neçə gün ərzində aydın olmayacağını bildirirlər. Bomba partlayışlarından əlavə, parlament binası, ABŞ və Britaniya səfirliklərinin yerləşdiyi Yaşıl Zona minamyot atəşlərinə məruz qalıb. 19 milyon seçici ölkənin 325 yerlik parlamentində 6200 namizədə səs veriblər. İraqın baş naziri Nuri əl Maliki sabiq şiə müttəfiqlərindən, habelə Sünni və kürd siyasətçilərdən ciddi rəqabətlə üzləşir. Heç bir partiyanın əksər çoxluğu əldə edəcəyi gözlənilmir. Yəqin ki, yeni hökumət koalisiya forması alacaq. ABŞ prezidenti Barak Obama İraq xalqını zorakılıqlara baxmayaraq səs verdiklərinə görə təbrik edib.