Accessibility links

Çilidə üç günlük matəm başlayıb


<!-- IMAGE -->

Çilidə ötən həftə baş vermiş zəlzələnin qurbanlarını anmaq üçün üç günlük matəm başlayıb. Bütün Çili boyu 8.8 bal gücündə zəlzələnin və onun ardınca baş verən tsunaminin tələf etdiyi insanların xatirəsinə hörmət əlamət olaraq bayraqlar yarıya endirilib. Rəsmilər indiyədək də ölənlərin sayını dəqiqləşdirməyə çalışırlar. Çili hökuməti rəsmi təxminləri 800-dən 452-yə endirib. Zəlzələ nəticəsində yüz minlərlə ev dağılmış, iki milyon adam evsiz-eşiksiz qalmışdır.

XS
SM
MD
LG