Accessibility links

İran üç amerikalıya ailə üzvlərinə zəng etməyə icazə verib


İran üç amerikalıya ailə üzvlərinə zəng etməyə icazə verib
İran üç amerikalıya ailə üzvlərinə zəng etməyə icazə verib

İranda həsb edilmiş üç amerikalının ailə üzvləri bildiriblər ki, İran rəsmiləri yeddi aydan çoxdur həbs edildikləri vaxtdan bəri ilk dəfə olaraq onların evə zəng etməsinə icazə veriblər.

Bu gün açıqladıqları bəyanatda ailə üzvləri onların zəng etdiklərini bildiriblər. Onlar həmçinin telefon zənglərinin İranın onları azad etməyi planlaşdırdığına işarə ola bildiyi ilə bağlı ümidlərini ifadə ediblər.

Üç amerikalı valdeynlərinə yaxşı saxlandıqlarını və güclü olduqlarını deyiblər. Lakin onlar bildiriblər ki, İran rəsmiləri onları işlə bağlı detallarla tanış etmirlər.

Iran rəsmiləsi Şeyn Bauer, Coş Fattal və Sara Şordu keçən ilin iyul ayında İraqdan İrana keçən zaman həbs etmişdilər.

Tehran onları casusluqda ittiham edir, lakin ailə üzvləri onların təsadüfən İran sərhəddini keçdiyini bildirirlər.

XS
SM
MD
LG