<!-- IMAGE -->
İsveç parlamentində Osmanlı imperiyası dövrü ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnamənin qəbul edilməsi rəsmi Ankarada kəskin tənqidlərlə qarşılanıb. Qətnamə bir səs fərqi ilə qəbul edilmişdir.
Türkiyə İsveçdəki səfrini geri çağıraraq Stokholmda sammiti təxirə salmışdır. Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan səsverməni məsuliyyətsiz addım kimi qiymətləndirərək qınamışdır.
Türkiyədə siyasi partiyalar da məsələyə eyni tərzdə yanaşmışlar.
Türkiyə prezidenti Abdulla Gül İsveş partlamentə keçirilən səsverməni rədd etmişdir.
İsveç parlamentinin 130 üzvü müxtəlif partiyalarının hazırladığı qətnamənin əleyhinə, 131 üzvü isə lehinə səs vermişdir. 88 millər vəkili səsvermədə iştirak etməmişdir.
Qətnamə İsveç parlamentinin Xarici Əlaqələr komissiyasında martın 2-də gündəmə çıxarılmış və rədd edilmişdi. Buna baxmayaraq, qətnaməni hazırlayan parlament üzvləri mətni parlamentin ümumi iclasının gündəliyinə salmışlar. Qətnamə ətrafında müzakirələr altı saat davam etmişdir.
İsveç parlamentində türk əsilli millət vəkili, İsveçin Yaşıllar partiyasının üzve Mehmet Kaplan qətnamənin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. O, Amerikanın səsinin türk xidmətinə qətnaməyə dair müzakirələrlə bağlı açıqlamalar verib.
Isveç parlamentində səsvermə ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində ermənilərin iddia etdiyi soyqırıma dair qətnamənin qəbul edilməsindən sonra keçirilmişdir. Bu addım Türkiyənin öz səfirini Vaşinqtondan geri çağırması ilə nəticələnmişdir.
ABŞ kimi, İsveç də Türkiyə üçün mühüm müttəfiqdir. İsveç Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində Ankaraya Avropada dəstək verən az ölkələrdən biridir.
İsveçin Xarici İşlər naziri Karl Bildt onun hökumətinin qərarı dəstəkləmədiyini və qətnamənin parlamentdə qəbul edildiyinə görə təəssüf hissi keçirdiyini bildirmişdir. Karl Bildt deyib ki, tarix siyasiləşdirilməməlidir. O, qərarın Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərə zərər vura biləcəyini demişdir.
Karl Bildt Türkiyə və Ermənistanın məsələni aydınlaşdırmaq üçün tarixçilərdən ibarət komissiyasının yaradılmasına dair razılıq əldə etdiyini xatırladaraq bunun vacib bir qərar olduğunu vurğulayıb.