<!-- IMAGE -->
Tailandda yeni seçkilər keçirilməsini tələb edən etirazçılar Banqkokdakı hökumət binası qarşısında qanlarını axıdıblar. Tibb işçiləri bu gün səhərdən növbəyə düzülən etirazçılardan simvolik olaraq qan götürmüşlər. Qırmızı köynəklər geymiş müxalifət liderləri qanı baş nazir Abisit Veccacivanın ofislərinin yerləşdiyi Hokumət Evi adlanan binanın qarşısına tökmüşlər. Onların qanlarını eləcə də baş nazirin iqamətgahı qarşısına və Demokrat Partiyasının baş qərərgahı qarşısına tökməyi planlaşdırdığı deyilir. Etiraz aksiyalarına başçılıq edənlər qan tökülməsinin onların tələblərinin yerinə yetirilməsinə görə əzab simvolu olduğunu deyirlər.