<!-- IMAGE -->Hindistan Kəşmirinin polisi deyir ki, silahlı şəxslərin regionun əsas şəhəri olan Srinaqara hücumu nəticəsində bir nəfər ölüb, ən azı üç nəfər isə yaralanıb. Rəsmilərin sözlərinə görə, bu gün Lal Çovk rayonundakı ticarət mərkəzində 2 nəfər odlu silahdan atəş açıb. Atəş səsləri alıcılar arasında təşviş yaradıb. Polis yoxlanış məntəqəsini hədəf alan bu şəxslərin axtarışını davam etdirir. Yaralananlardan ən azı ikisi polis işçisi olub. Kəşmirdə vəziyyət bir neçə ay stabil qalandan sonra yenidən zorakılıqların sayı artıb. Müsəlman separatçılar 20 ildən çoxdur ki, Hindistandan ayrılaraq müstəqillik əldə etməyə və ya müsəlman çoxluqlu Pakistanla birləşməyə can atırlar.