Accessibility links

Rusiya Buşehr reaktorunun bu ilin ortalarında işə düşəcəyini bildirib


Rusiya Buşehr reaktorunun bu ilin ortalarında işə düşəcəyini bildirib
Rusiya Buşehr reaktorunun bu ilin ortalarında işə düşəcəyini bildirib

<!-- IMAGE -->

Rusiya bildirir ki, İran üçün tikilən nüvə reaktoru bu ilin ortalarında işə düşməyə hazır olacaq.

Baş nazir Vladimir Putin Buşehr nüvə elektrik stansiyası ilə bağlı bu açıqlamanı bu gün Volqodonsk şəhərində nüvə enerjisinə mövzusunda tədbirdə verib.

Rusiya İrana Buşehr obyektini inşa etməyə 1995-ci ildən kömək etməyə başlamışdı. Lakin inşa işləri bir neçə dəfə gecikdirilmişdi. İndiyə kimi, obyektin işə bu ay işə düşə bilməsi təxmin edilirdi.

Rusiya Buşehr obyektində ləngiləmələrin hər hansı bir şəkildə İranın nüvə proqramı ilə əlaqədar narahatlıqlarla bağlı olduğunu rədd edirdi.


XS
SM
MD
LG