<!-- IMAGE -->Bakıdakı Amerika Mərkəzində Amerika səfirliyi, Amerika Mərkəzi və “Gənclər klubu” İctimai Birliyinin dəstəyi ilə keçirilən “Amerika günləri” çərçivəsində “ABŞ-da din” mövzusunda dinləmələr keçirilib.
Dinləmələrdə ekspertlər, universitet müəllimləri, qeyri-hökumət təşkilatları və tələbələr iştirak edib.
Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson əsas məruzə ilə çıxış edib. Onun dediyinə görə, Amerikada 7 milyonadək müsəlman yaşayır. Onların 3 milyonu məscidlərə gedərək, ibadətlə məşğul olur.
Cənab Devidson Amerikada inanclara hörmətlə yanaşıldığını bildirib. “Bütün ictimai yerlərdə ibadətlər üçün xüsusi yerlər ayrılıb. Hətta gəmilərdə də inanclı insanların namaz qılması üçün, ibadətlə məşğul olması üçün xüsusi yerlər ayrılıb. Pentaqonda da islam dininə etiqad edənlərin assosiasiyası fəaliyyətdədir”, - deyə o qeyd edib.
Məruzəçi həmçinin deyib ki, Amerikaya gələn müsəlmanlar həm də özləri ilə mədəniyyətlərini, məişətlərini gətirir. “Amerikada hamı eyni məktəblərdə oxuyur. Müsəlmanlar həm də öz İslam Akademiyalarını yaradıb”.
Cənab Devidson son illərdə Amerikada məscidlərin sayının artdığını da qeyd edib.
Onun sözlərinə görə, Amerikada insanların 70 faizi Allaha inanır, 30 faiz Allaha inancın onların həyatında mühüm rol oynadığını düşünür. “Amerikada bütün inanclara eyni münasibət var”.
Çıxışlarda digər dinlərin Amerikada rolu da qeyd edilib.