Accessibility links

Rusiya və ABŞ nüvə silahlarının azaldılması sazişinin imzalanmasına yaxındırlar


Rusiya və ABŞ nüvə silahlarının azaldılması sazişinin imzalanmasına yaxındırlar
Rusiya və ABŞ nüvə silahlarının azaldılması sazişinin imzalanmasına yaxındırlar

<!-- IMAGE -->

ABŞ dövlət katibi Hillari Klintonun sözlərinə görə, Rusiya və ABŞ nüvə silahlarının azaldılması sazişinin imzalanmasına yaxındırlar. Bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedyevlə keçirilən görüşdən sonra xanım Klinton deyib ki, bütün başlıca məsələlər öz həllini tapıb və hazırda yalnız texniki məsələlər müzakirə mövzusu olaraq qalır. Rusiya xarici işlər naziri Serqey Lavrov da dünən xanın Klintonla görüşündən sonra buna oxşar açıqlamaları vermişdi. O deyib ki, danışıqlar son mərhələsindədir. Xanım Klintonun bu məsələni Rusiya baş naziri Vladimir Putinlə də müzakirə edəcəyi gözlənilir. İki ölkə təxminən bir ildir ki, 1991-ci ildə imzalanmış və keçən ilin dekabrında başa çatan Strateji Silahların Azaldıması Sazişinin yenilənməsi üzərində iş aparırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG