ABŞ Nümayəndələr Palatası cüzi səs fərqi ilə ABŞ səhiyyə sistemində islahatlara dair tarixi qanun qəbul edərək prezident Barak Obamaya siyasi qələbə bəxş edib.
Demokratların nəzarətində olan palata Senatın qəbul etdiyi səhiyyə qanununu dünən axşam 219-212 səs nisbətində təsdiq etdi. Azlıqda olan Respublikaçılar yekdilliklə qanunun əleyhinə səs vermiş və onlara 34 Demokrat qoşulmuşdur. Sənədin təsdiqi 216 səs tələb edirdi.
Cənab Obama Respublikaçılarla bir il davam edən siyasi mübarizənin ardınca baş verən səsverməni alqışladı. Bu ölçü son 40 ildə ABŞ səhiyyə sistemində ən irimiqyaslı islahatdır. Bu qanun hazırda sığortası olmayan 32 milyon amerikalını tibbi sığorta ilə təmin edəcək.
Qanunun əleyhdarları onun vergi artımına və hökumətin vətəndaşların səhiyyə ilə bağlı qərarlarına müdaxiləsinə yol açacağını deyir.