Accessibility links

Politoloqun fikrincə, Azərbaycan Amerika münasibətlərində soyuqluq hiss edilir


Politoloqun fikrincə, Azərbaycan Amerika münasibətlərində soyuqluq hiss edilir
Politoloqun fikrincə, Azərbaycan Amerika münasibətlərində soyuqluq hiss edilir
<!-- IMAGE -->

Politoloq Rəşad Şirin Azərbaycan Amerika münasibətlərinin indiki səviyyəsində problemlərin yaşandığını bildirib. Onun fikrincə, Azərbaycan böyük neft layihəsini reallaşdırdıqdan sonra Amerika təsirlərindən qurtarmaq üçün səylər edir. “Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi başa çatdıqdan sonra Azərbaycan Amerikanın təsirlərindən azad olmaq istəyir. Çünki kəmərin tikintisi zamanı ölkənin beynəlxalq təsirlərdən qorunması üçün Amerikaya böyük ehtiyacı var idi. Hazırda Nabucco layihəsi dövlətlərarası deyil, şirkətlərin layihəsidir. Bu səbəbdən də Azərbaycan layihənin reallaşmasına o qədər də fikir vermir. Hesab edir ki, Nabucco-nu təsisçisi olduğu şirkətlər reallaşdırmalıdır”.
Politoloq həmçinin Azərbaycanın Amerikanın və qərbin demokratiya ilə bağlı çağırışlarına məhəl qoymadığını deyib. O artıq iki ölkə münasibətlərində soyuqluğun hiss edildiyini bildirib. “Bunun nəticəsidir ki, Azərbaycanda 9-cu aydır ki, Amerikanın səfiri yoxdur. Azərbaycan Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dəvət edilmədi”.
Cənab Şirin həmçinin Azərbaycanın qərb dəyərlərini qəbul etməməsini səhv hesab edir. “Azərbaycan demokratiya çağırışlarına məhəl qoymadıqca, İran və Rusiyaya daha çox yaxınlaşır. Artıq ölkədə idarəetmə sistemi Rusiyaya yaxındır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG