Bu gün Birləşmiş Ştatlar konqresində seçkilərdən sonra ilk sessiya keçirilir. Sessiyanın gündəliyində yeni Daxili Təhlükəszlik Nazirliyinin təşkili yer alır. Qeyd edək ki, bu təklif ilin əvvəlində respublikaçıların əksəriyyət təşkil etdiyi nümayəndələr palatasında təsdiq edilmiş, lakin senatda demokratlar qanunun yeni nazirliyin 170 min əməkdaşının işinin tə’minat altına almadığını demişdilər. Prezident Buş ötən ilin terror aksiyalarından sonra Daxili Təhlükəslzik Nazirliyinin zəruriliyini qeyd edərək, senatda bu təklifin təsdiq edilməsinə çalışır.